04 oktyabr 2022 17:23
413

Enerqodarda komendant saatı elan olundu

Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində müvəqqəti komendant saatı tətbiq ediləcək.

Saat 20:00-dan 6:00-a qədər olacaq komendant saatı oktyabrın 4-dən qüvvəyə minir.

“İki sahil” xəbər verir ki, bu barədə şəhər hakimiyyəti məlumat verib.

“Göstərilən vaxtda şəhər daxilində hərəkət qadağandır”, - deyə məlumatda qeyd edilib.

Atom elektrik stansiyası və istilik elektrik stansiyasının növbədə olan işçiləri şəhərdə hərəkət zamanı üzərlərində şəxsiyyət vəsiqəsi və xüsusi buraxılış vərəqəsi saxlamalıdırlar.