04 oktyabr 2022 17:30
323

Gürcüstanda son 1 ayda 35 719 nəfər COVID-19 infeksiyasına yoluxub

Avqustun 30-dan sentyabrın 30-dək Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 35 719 yoluxma halı qeydə alınıb, 20 nəfər xəstəlikdən vəfat edib.

“İki sahil” xəbər verir ki, məlumatı Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimati Sağlamlıq Milli Mərkəzi yayıb.

Bildirilib ki, ötən ay 43 189 nəfər yeni növ koronavirusdan sağalıb.