04 oktyabr 2022 17:34
358

Taxıl dəhlizi ilə daşınan məhsul 6 milyon tonu ötüb

Rusiya, Ukrayna və Türkiyə arasında əldə olunan taxıl dəhlizi razılaşmasına uyğub olaraq bu günədək Ukrayna limanlarından daşınan taxılın həcmi 6 milyon tonu keçib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, anlaşma çərçivəsində ilk gəmi Odessa limanını avqustun 1-də tərk edib. Bu günədək ümumilikdə 260 gəmi ilə 6 milyon ton taxıl daşınıb.

Eyni zamanda, təkcə bu gün 8 gəmi Ukrayna limanlarından yola salınıb.