04 oktyabr 2022 17:38
374

Ter-Petrosyan: Koçaryan Paşinyanı devirməyə çalışır

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, onun hakimiyyətlə müxalifət arasında təklif etdiyi dialoq ikinci prezident Robert Koçaryanın və baş nazir Nikol Paşinyanın günahı ucbatından pozulub.

“İki sahil” xəbər verir ki, Ter-Petrosyanın şərhini onun mətbuat katibi Arman Musinyan sosial şəbəkədə yazıb. Musinyanın sözlərinə görə, birinci prezidentin dünənki reaksiyasından sonra çoxları belə qənaətə gəlib ki, Ter-Petrosyan dialoqu korlayıb.

Amma o hesab edir ki, bu dialoq Robert Koçaryanın üç saatlıq mətbuat konfransı və Nikol Paşinyanın iki saatlıq müsahibəsi nəticəsində pozulub.

Ter-Petrosyan indi belə qənaətə gəlib ki, Koçaryan hər cür yolla Paşinyanı devirməyə , ikincisi nəyin bahasına olursa olsun hakimiyyətini qoruyub saxlamağa çalışır. Bu şəraitdə dialoq körpüləri yandırılır.