21 oktyabr 2022 10:45
297

Şamaxıda yol qəzası olub, ər-arvad xəsarət alıb

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Çuxuryurd kənd sakini, 1980-ci il təvəllüdlü Xəlilov Samir Əlisəfa oğluna məxsus "VAZ 2106" markalı minik avtomobili qarşı tərəfdən gələn Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Daşdəmirov Fərahim Natiq oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı "VAZ 2106"nın sürücüsü Samir Xəlilov və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Xəlilova Xumarə Şahvələd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.