24 noyabr 2022 14:55
110

Fransa Liqa 1-də baş məşqçi istefası

"Anje" baş məşqçisi Jeral Batiklı istefaya göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onu müvəqqəti olaraq Abdel Buazama əvəzləyəcək.

Klub bütün yarışlarda ardıcıl 8 oyunda uduzub. Fransa Liqa 1-də "Anje" 15 turdan sonra 8 xalla turnir cədvəlinin sonuncu- 20-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Batikl 2021-ci ilin mayından klubu çalışdırırdı.