24 noyabr 2022 17:45
95

TƏBİB: Səbuhi Məmmədli əməliyyat olunub, vəziyyəti qənaətbəxşdir

Jurnalist, Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli əməliyyat olunub.

“İki sahil” xəbər verir ki,  bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

O qeyd edib ki, əməliyyat uğurla başa çatıb: “Hazırda Səbuhi Məmmədlinin vəziyyəti qənaətbəxşdir, narkozdan ayılıb və həkim nəzarəti altındadır”.