27 noyabr 2022 18:57
280

DÇ-2022: Mərakeş Belçikanı məğlub etdi

Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, F qrupunda Belçika ilə Mərakeş üz-üzə gəliblər.

Oyunun 73-cü dəqiqəsində Abdelhamid Sabiri hesabı açıb. 90+2-ci dəqiqədə isə Zakaria Abuxla Mərakeşin qələbəsini rəsmiləşdirib – 0-2.

Dünya çempionatı, 2-ci tur

27 noyabr

F qrupu

Belçika 0-2 Mərakeş

Qol: Abdelhamid Sabiri, 73, Zakaria Abuxlal, 90+2

Baş hakim: Sesar Arturo Ramos (Meksika)

"Al Tumama" stadionu.