27 noyabr 2022 21:02
281

"Şamaxı" futbolçusu ilə yeni müqavilə imzalayıb

"Şamaxı" klubu futbolçusu Rövşən Şahmuradovla müqavilənin müddətini uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə Şamaxı təmsilçisinin rəsmi feysbuk səhifəsində məlumat yayılıb.

23 yaşlı hücumçu ilə 2,5 illik yeni müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Rövşən Şahmuradov yayda azad agent kimi Şamaxı təmsilçisinə keçib.