30 noyabr 2022 15:23
365

Karate Federasiyasında yeni təyinat

Azərbaycan Milli Karate Federasiyasının yeni baş katibi bəlli olub.

“İki sahil” xəbər verir ki,  federasiyadan verilən məlumata görə, bu post Camal Murtuzəliyevə tapşırılıb.

Qeyd edək ki, Camal Murtuzəliyev daha əvvəl Gənclər və İdman nazirliyində karate idman növünün kuratoru vəzifəsində çalışıb.