30 noyabr 2022 15:58
323

“Gürcü Arzusu”: Saakaşvilinin müalicə üçün xaricə göndərilməsinə icazə verilməyəcək

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze sabiq Prezident Mixeil Saakaşvilinin müalicə üçün xarici ölkəyə göndərilməsinə icazə verilməyəcəyini bildirib.

“İki sahil” xəbər verir ki, Kobaxidze bunun Mixeil Saakaşvilinin azadlığa buraxılması anlamına gələcəyini, bu məsələnin siyasi müzakirələrin mövzusu olmadığını qeyd edib.

Qeyd edək ki, Gürcüstanın həbs edilmiş üçüncü Prezidenti Mixeil Saakaşvili uzun müddətdir ki, Tbilisidəki klinikalardan birində müalicə alır. Vəkilləri Saakaşvilinin qanında civə, arsenik və digər zəhərli metalların aşkarlandığını, zəhərlənmə ehtimalının olduğunu bildirirlər.

Saakaşvilinin yaxınları və tərəfdarları onun müalicə almaq üçün xarici ölkələrdən birinə göndərilməsini tələb edirlər.a