30 noyabr 2022 16:38
330

Rusiya və Türkmənistan XİN başçıları Moskvada görüşəcək

Rusiya və Türkmənistan xarici işlər nazirləri Moskvada görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, dekabrın 6-da Rusiya XİN başçısı Sergey Lavrov Türkmənistan XİN başçısı Rəşid Meredovu qəbul edəcək. “Türkmənistan XİN başçısı iqtisadi əməkdaşlıqla bağlı Rusiya-Türkmənistan hökumətlərarası Komissiyasının 12-ci iclasında iştirak etmək üçün gəlir. Tərəflər Rusiya-Türkmənistan əməkdaşlığının əsas mövzularını, regional və beynəlxalq gündəmin aktual məsələlərini, eləcə də iki ölkənin müxtəlif formatlarda əməkdaşlığını müzakirə etməyi planlaşdırırlar”, deyə Rusiya XİN sözçüsü qeyd edib.