30 noyabr 2022 17:14
267

Keniyada vəba epidemiyası tüğyan edir

Keniyada qaçqın düşərgələrinin yerləşdiyi Qarrissa bölgəsində vəba epidemiyası 4 nəfərin ölümünə səbəb olub.

"İki sahil"in Türkiyənin TRT telekanalına istinadən verdiyi xəbərə görə, epidemiya ilk olaraq Oktyabrın 23-də ölkənin Dadaab şəhərindəki Haqadera qaçqın düşərgəsində aşkarlanıb. Daha sonra sürətlə yayılan virüsa yoluxanların sayı 372-yə yüksəlib ki onlardan 4-ü həyatını itirib.

Səlahiyyətlilərin məlumatına görə düşərgələrdən kənar yaşayış məntəqələrində də hadisələr qeydə alınıb.

Xəstəliyin gigiyena üçün kifayət qədər suyun olmaması səbəbindən sürətlə yayıldığı bildirilir.

“Vibrio cholerae” bakteriyasının törətdiyi yoluxucu nazik bağırsaq xəstəliyi olan vəb, sulu ishal, qusma, əzələ qıclığı kimi əlamətlərlə özünü göstərir.