30 noyabr 2022 18:48
361

Avropada təbii qazın qiyməti 1600 dolları keçib

Avropada təbii qazın qiyməti oktyabrın 14-dən bəri ilk dəfə 1000 kubmetr üçün 1600 ABŞ dollarını keçib.

“İki sahil” bu barədə Londonun “ICE Futures” birjasına istinadla xəbər verir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın yanvar fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1605 ABŞ dolları təşkil edib.