01 dekabr 2022 17:54
411

Videokonfransla qapalı məhkəmə iclasının aparılmayacağı hallar müəyyənləşir

Videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilməyən hallar müəyyənləşir.

“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu hallara dövlət, peşə, kommersiya sirri, şəxsi və ailə həyatı, yetkinlik yaşına çatmayan şəxslər, demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi, övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirri, şəxsi və ailə hәyatının intim məsələləri daxildir.