01 dekabr 2022 18:08
461

“Azərbaycan Sənaye Korporasiyası”nın Müşahidə Şurasının iclası keçirilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

"İki sahil" Korporasiyaya istinadən xəbər verir ki, iclasda qurumun və törəmə cəmiyyətlərinin 2023-cü il üzrə büdcə layihələri təsdiq edilib, həmçinin Korporasiyanın əsas fəaliyyət sahələrinin inkişaf perspektivləri və digər cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.

Şuranın sədri Natiq Əmirov və digər üzvləri Korporasiyanın qarşıdakı ildə fəaliyyəti üzrə öz müvafiq tapşırıq və tövsiyələrini verib.