02 dekabr 2022 11:32
420

Nazir müavini: Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji önəmi yüksəlib

Hazırki geosiyasi proseslər Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini yüksəldib və tranzit daşımalarının artımına səbəb olub.

“İki sahil” xəbər verir ki, bu barədə “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” layihəsinin açılışı mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, bu ilin on ayı ərzində Azərbaycandan tranzit daşınan yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 75% artıb.

Nazir müavini Zəngəzur dəhlizinin tək Azərbaycan üçün deyil, bütün region üçün əhəmiyyətini də qeyd edib.