02 dekabr 2022 17:30
798

Hər məşhurun özünəməxsus gündəlik rasionu - FOTO

Adətən hər insanın özünəməxsus gündəlik rasionu olur. Bəs görəsən məşhurlar öz gündəlik rasionlarını necə qururlar?

Cek Ma

Çinin ən varlı iş adamı, "Alibaba Group"un sahibi, 40 milyard dollarlıq sərvəti olan Cek Ma səhərlər  gimnastika, meditasiya və digər məşqlərlə  gününü başlayır. O, nəinki öz gündəlik rejimi ilə digərlərindən seçilir, həmçinin özünəməxsus yemək vərdişləri ilə də tanınmaqdadır. Yalnız ekoloji cəhətdən təmiz olan qidalara üstünlük verən iş adamının düşüncələrinə görə, bu yeməklər onun “aura”sını da təmizləyir.

Cessika Alba

Aktrisa Cesika Alba adətən gün ərzində  suya  çəhrayı Himalay duzu töküb içməyi xoşlayır. O, əsasən  duzlu suyu idmandan sonra içməyi sevir. Albanın sözlərinə görə, o, aşağı olan qan şəkərini və təzyiqini yüksəltmək üçün bunu etməyə məcburdur.

Cenifer Lopez

Məşhur müğənni Cenifer Lopezin də çox maraqlı gündəlik rasionu var. imiş. Belə ki, müğənni  gündəlik içdiyi qəhvənin sayından asılı olmayaraq mütləq  saat əqrəbinin tərsinə qarışdırıb içir.  Onun istədiyi tipdə hazırlanmayan qəhvədən isə  imtina edir.  Həm də  Cenifer hər yeməkdən əvvəl qreypfrut yağı iyləməyi xoşlayır. Müğənni düşünür ki, beləliklə  bədəndəki artıq  yağlardan azad olmaq olarmış.

Riçard Branson

Məşhur "Virgin Group"un sahibi Olan Riçard Branson səhər yuxudan duran kimi  mütləq üzgüçülüyə gedir, sörfinqlə də məşğul olur.  Etdiyi  məşqləri  isə vitamini bol olan məhsullarla tamamlayaraq səhər yeməyində sağlam qidalanır.

Sağlamlığına diqqət yetirən Branson günə gümrah başlamaq üçün yatmazdan əvvəl pərdələri açıq qoyur.

Opra Uinfi

Opra Uinfi adətən yuxudan duran kimi günə meditasiya  isə başlayır. Sonra isə mütləq qaçış alətində məşq edir.

Uinfi də sağlam qidalanmasına diqqət edən məşhurlardandır. Səhər yeməyini çox vacib hesab edən qadın o zaman yalnız  faydalı məhsullar yeyir, işinə də  mümkün qədər tez gedir.

İlon Mask

“Tesla”və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask demək olar ki, həftədə 80-90 saat işləyir və   gün ərzində yeməyə elə də əhəmiyyət vermir. Mühəndisin sözlərinə görə, o, adətən nahar etmir. Amma əgər nahar edərsə, onun yeməyi yalnız şokolad və kofedən ibarət olur. Gərgin keçən iş həyatına görə, səhər yeməyinə belə vaxt ayıra bilmədiyi üçün şokolad yeyən Musk, həmçinin  gündə 8 qutu şəkərsiz “cola” içir. Qeyd edək ki, işgüzar görüşlər zamanı  o, yeməyini  beş dəqiqəyə yeyir. Onun sözlərinə görə, “Bu, çox da faydalı deyil”. Onun şam yeməyi isə çox vaxt işgüzar tədbirlər ilə üst-üstə düşür.  Belə tədbirlərdə isə o daha çox, hətta iki nəfərin yeməyini yeyir.

Cef Bezos

“Amazon” saytının təsisçisi Cef Bezos gündə yuxu rejiminə çox önəm verir. O, gündə mütləq  8 saat yatmalıdır. Çox maraqlıdır ki, onun hətta ofisdə də yuxu döşəyi var.

Həftənin çərşənbə axşamı və cümə günlərində qətiyyən iclas etmir, görüşlər keçirmir və bu iki günü fasiləsiz işləyərək keçirir.  Cef Bezos da sağlamlığına diqqət yetirir və  gündəlik rasionu  yalnız sağlam qidalardan ibarətdir.

Bill Qeyts

"Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts yuxudan oyanandan dərhal sonra, hətta səhər yeməyi yemədən öncə idman zalına gedir.

Buna baxmayaraq, “Microsoft” şirkətinin təsisçisinin qida rasionu bir çox zərərli qidalardan ibarətdir. Dietik “cola”nı  sevən Qeyts  gündə 3-4 banka bu içkidən içir. Səhər yeməyində isə  o, şokoladlı dənəciklər yeyir. Nahar edərkən isə çizburger yeməyə üstünlük verir. “Bill Gates Foundation” şirkətinin direktoru Co Serrellin sözlərinə görə, Bill Qeytsin qonağı olan və onunla nahar edəcək insan vəzifəsindən asılı olmayaraq mütləq çizburger yeməlidir. Bu, Billin qoyduğu qəribə qanunlardan biridir.

Elvis Presli

Məşhur ifaçı Elvis Presli gündəlik rasionuna  çox diqqət edirmiş. Deyilənə görə, Elvis mətbəxində işləyənlərin 24 saat iş başında olmasını tələb edər, hətta mütəmadi olaraq kameralar vasitəsi ilə aşbazların mətbəxdə nə iş gördüklərini izləyirmiş.İfaçının yeməklə bağlı tələblərindən biri də o idi ki, yediyi hər bir  loxma ağıza atıla biləcək ölçüdə olmalıdır.

Ferci

Fərqli hərəkətləri ilə digər məşhurlardan seçilən müğənni Ferci  bir reportajda hər gün alma sirkəsi içdiyini qeyd etmişdi. Aktrisa qeyd edir ki,  Kleopatranın incə qalmasına kömək edən məhz bu məhsuldur. Yeri gəlmişkən, Megan Fox da alma sirkəsini sevir və onun düşüncələrinə görə, o, beləliklə özünü formada saxlayır.

Mark Zukerberq

"Facebook"un qurucusu və rəhbəri Mark Zukerberq, bir çox insanlar kimi, yuxudan oyandıqdan sonra qaçışa gedir. Daha sonra gümrahlıq gətirən bir fincan qəhvə içir və həmin gün geyinəcəyi geyimi seçir. Demək olar ki, onun qarderobu oxşar köynək, ayaqqabı və şalvarlardan ibarətdir. Mark əmindir ki, insanlar geyim seçiminə ayırdıqları vaxtı daha faydalı işlərə sərf edə bilərlər.

“Facebook”un rəhbəri Mark Zukerberq üçün  səhər yeməyində nəyin yeyilməsinin elə də əhəmiyyəti yoxdur.  O, xırda şeylərə vaxt itirməyi sevmir.  Bunu da əlavə edək ki, Zukerberqin özünəməxsus saxladığı  pəhriz var. Əsasən də 2011-ci ildən bəri Mark  özünün ovladığı heyvanları qida rasionuna daxil edir. Onun gündəlik rasionuna keçi, donuz, quş, həmçinin xərçəng əti daxildir. Yeri gəlmişkən, o  bu qəribə vərdişini “Facebook”da şəxsi səhifəsində də paylaşmışdı. Heyvanlara qarşı etdiyi belə rəftar, əlbəttə ki, bir çox istifadəçilərdə ona qarşı nifrət oyatmışdı.

Cek Dorsi

“Twitter”in rəhbəri iş günü ərzində bir dəfə yemək yeyir. Həftə sonları isə Cek Dorsi  demək olar ki, ac qalır. Dorsinin əsas yemək saatları 18:30 və 21:00 arasında baş tutur. Əsasən o, balıq, steyk, toyuğu tərəvəz salatı ilə yeyir. Desertdə isə moruq və tünd şokolada üstünlük verir. “Twitter”in rəhbəri iddia edir ki, belə qidalanma ona “ağılının itiliyini” saxlamağa kömək olur.

Stiv Cobs

Stiv Cobs hər səhər güzgü qarşısında dayanıb özü ilə motivasiyaedici söhbətlər edərmiş. Cobs, eyni zamanda, evin dekorasiyasından tutmuş, geyimə qədər minimalizm müdafiəçisi idi. “Apple”in mərhum rəhbəri Stiv Cobsun  həftəlik rasionu  içində yedikləri  yalnız bir-iki məhsuldan ibarət idi. Qalan məhsullara isə demək olar ki, əhəmiyyət vermirdi. Məsələn, o, bir həftə  yalnız alma və yaxud  kök yeyirdi. Belə qidalanmanı  özünün tərtib etdiyi pəhriz adlandırırdı.

Samirə Tağıyeva, “İki sahil”