04 dekabr 2022 01:10
444

Rusiya səfirliyi Britaniyaya nota verdi

Rusiyalı oliqarx Mixail Fridman Londonda saxlanılıb.

“İki sahil” xəbər verir ki, oliqarx şərikləri ilə birlikdə Britaniyanın Terrorla Mübarizə Polisinin Xüsusi İdarəsi tərəfindən sanksiya rejimindən yayınmaqda şübhəli bilinərək saxlanılıb.

Dörd saatlıq dindirmədən sonra Fridman və şərikləri 150 min funt-sterlinq girov və Skotland Yarda gəlmək öhdəliyi qarşılığında sərbəst buraxılıb.

Rusiyanın Londondakı səfirliyi Britaniya hakimiyyət orqanlarından rusiyalı iş adamının saxlanmasının səbəbləri və şəraiti barədə dərhal məlumat verilməsini tələb edib.

Britaniya hökumətinə nota verən səfirlik M.Fridmanın həbs səbəbini soruşur.

Səfirlik saxlanan şəxsin konsul xidməti ilə, tərcüməçi və vəkillə təmin edilməsini tələb edib.