04 dekabr 2022 01:37
446

Macarıstan Rusiya neftinə qoylan qiymət tavanına riayət etməyəcək

“Neftin qiymətinin yuxarı həddi ilə bağlı danışıqlar zamanı biz Macarıstanın maraqları üçün çox mübarizə apardıq və sonda buna nail olduq: Macarıstan Rusiya neftinə qoylan qiymət tavanına riayət etməkdən azad olunub”.

“İki sahil” xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto feysbukda yazıb. O qeyd edib ki, enerjinin dəyərinə qoyulan limit Aİ üçün zərərli tədbirdir.

Qeyd edək ki, hələ oktyabr ayında Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının təklif etdiyi qazın qiymətinin yuxarı həddinin də respublikaya tədarüklərə şamil edilməyəcəyini açıqlamışdı.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) ölkələri Rusiya neftinin qiymətini bir barel üçün 60 dollar həddində olması barədə razılaşıblar.