04 dekabr 2022 02:20
450

Bakıda 23 yaşlı gənc evində bıçaqlanıb

Bakının Sabunçu rayonunda mübahisə zəminində 23 yaşlı gənc oğlan bıçaqlanıb.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, Balaxanı qəsəbəsində 1999-cu il təvəllüdlü Qarabəyli Ağabəy Mehman oğlu mübahisə zəminində yaşadığı evdə bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona ağ ciyər nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.