04 dekabr 2022 10:56
436

Ukraynaya dəstəyi davam etdirəcəyik

ABŞ müdafiə naziri Lloyd Ostin Vaşinqtonun Kiyevə dəstəyini davam etdirəcəyini bildirib.

“İki sahil” xəbər verir ki, nazir bunu Kaliforniya ştatında keçirilən forumda bildirib.

"Biz Ukraynanı lazım olacaq qədər dəstəkləməyə davam edəcəyik" - deyə ostin bildirib.

Nazir həmçinin qeyd edib ki, ABŞ öz partnyorları ilə birgə Atlantika alyansını bütün cinahlardan müdafiə edəcək. Lakin ABŞ Ukraynadakı münaqişədə iştirak etməyəcək.