04 dekabr 2022 19:16
354

Türkiyə DİN: Suriyanın şimalında 18 İŞİD və PKK terrorçusu ələ keçirilib

Suriyanın şimalındakı Cerablus və Əl-Bab bölgələrində keçirilən əməliyyatlar nəticəsində 13 İŞİD, 5 PKK terrorçusu ələ keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə dekabrın 4-də Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yaxalanan terrorçular arasında İŞİD-in maliyyə əməliyyatlarından "məsul"un da olduğu bildirilib.

Tutulan terrorçular təbliğat, işə götürmə və kəşfiyyat toplama ilə yanaşı, həm də hücumlar hazırlayırdılar.

Şübhəlilərin yaşadıqları ünvanlara baxış zamanı 10 kq evdə hazırlanmış partlayıcı maddə, elektron lövhələr, 1 ədəd Kalaşnikov avtomatı, 1 ədəd tapança və 253 ədəd tüfəng darağı aşkar edilib.