24 yanvar 2023 23:58
213

Rusiya Ukraynanın itkilərini açıqladı - 335-ci gün

Rusiya müharibənin 335-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 376 təyyarəsi, 203 helikopteri, 2944 PUA-sı, 402 zenit-raket kompleksi, 7614 tank və digər zirehli texnikası, 988 reaktiv yaylım atəş sistemi, 3898 artilleriya və minaatanı, 8159 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.