27 yanvar 2023 16:30
807

Yaşı 5, çəkisi isə.../FOTO

5 yaşında olarkən nadir xəstəlik nəticəsində  çəkisi 45 kiloqrama çatan balaca qızın anası övladının sağlamlığına verdiyi önəmlərdən danışıb.

Hətta, Anne Holli Vilyams qızının tez-tez yemək vərdişini dayandırmaq üçün mətbəxin qapısını bağladığını da deyib.

Dünyada geniş yayılan piylənmə xəstəliyi günümüzdə ən böyük problemlərindən biri kimi göstərilir. Uelsdə yaşayan ana və qızı bu xəstəliyin ən çətin və ən pis formalarından biri ilə mübarizə aparırlar. 25 yaşlı ana qızının bu çəkisinə görə narahat olduğunu bildirib.

 Harlov adlı kiçik qıza diaqnozun hələ 6 aylıq olarkən qoyulduğunu bildirən ana qızının 15-ci xromosomunun olmadığını söyləyib. Bu xromosomun orqanizmə toxluq hissi verdiyini deyən ana qızının daim ac olduğunu və hər zaman nəsə yemək istədiyini bildirib. Ana əvvəllər belə bir xəstəlik haqqında eşitmədiyini deyib.

Qeyd edək ki, “Prader-Villi” sindromu adlanan bu xəstəlik nadir bir genetik xəstəlikdir. “Prader-Villi” 15-ci xromosomdakı bəzi genlərin funksiyasını itirməsindən yaranan genetik bir xəstəlikdir. Xəstəlik onu daşıyanlarda fiziki, psixi və davranış problemləri ilə özünü göstərə bilər. Xəstəliyin bir çox fəsadları piylənmə ilə bağlıdır.

“Prader-Villi” sindromu olan kiçik qızın inkişafı da bu xəstəliyə görə pozulub. 8 aylıq olana qədər başını dik tuta bilməyən Harlov 2,5 yaşına qədər yeriyə bilməyib.

Uşağın doğulduğu gündən etibarən bir şeyin səhv olduğunu anlayan ana qızının çox kök olduğunu, lakin heç bir gücə sahib olmadığını qeyd edib. Qızının digər körpələr qədər ağlamadığını deyən Holli onu butulka ilə yedizdirməyin çox çətin olduğunu da diqqətə çatdırıb.

 Qızının xəstəliyi ilə bağlı daha təcrübəli olan ana onun sağlamlığını qorumaq üçün lazımi tədbirləri görməyə davam edir. Vilyams qızının cəmi 5 yaşı olmasına baxmayaraq yediklərinə çox sərt olduğunu etiraf edərək, bunu onun xeyirinə etdiyini desə də, bəzi istisnaların olduğunu da bildirib: “Mən onun sağlam və balanslı yemək yediyinə əminəm, amma hələ uşaq olduğu üçün bəzi yeməklərə icazə verilir, ona görə də onu tamamilə hər şeydən məhrum etmək istəmirəm.”

Harlov hazırda adi bir məktəbdə oxusa da, kiçik qızın hələ də hərəkətlilik və yuxu pozğunluğu ilə bağlı problemlərinin olduğu bildirilib.

Vilyams bütün bu çətinliklərə baxmayaraq, qızı ilə münasibətlərinin son dərəcə yaxın olduğunu və hər zaman bir yerdə olduqlarını bildirib.

Vüsal Cahanov, “İki sahil”