27 yanvar 2023 16:18
313

Qadın və gənc sahibkarlara ötən il verilmiş güzəştli kreditlərin məbləği açıqlandı

2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarların layihələrinə 13,9 milyon manat, gənc sahibkarların layihələrinə isə 14 milyon manat güzəştli kredit ayırıb.

“İki sahil” xəbər verir ki, bunu naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.

"Biznes sahəsini təmsil edən qadınların və gənc sahibkarların fəaliyyətinin dəstəklənməsi, maliyyə əlçatanlığının artırılması istiqamətində dövlətin maliyyə mexanizmləri xüsusi rol oynayır", - deyə o qeyd edib.