27 yanvar 2023 19:38
389

İqtisadi Şuranın iclası keçirilib: Qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib - FOTO

Yanvarın 27-də Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində İqtisadi Şuranın 2023-cü il üzrə Fəaliyyət Planı və maliyyə-bank sektoruna dair vergi məsələləri ətraflı müzakirə olunub.

“İki sahil” xəbər verir ki,  Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.