Gəncəçayın məcrası boyu növbəti genişmiqyaslı təmizlik işləri aparılıb.
Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyindən "İki sahil"ə verilən məlumata görə, görülən işlərə qurumun Ərazi Xidmət Sahələrinin əməkdaşları cəlb edilib. Mövsümə uyğun olaraq sel sularının gətirdiyi məişət tullantıları, ağac qırıntıları, kol-kos və alaq otları yığılaraq ərazidən daşınması təmin edilib. O da bildirilib ki, adıçəkilən əraziyə xüsusi texnikaların girişi məhdud olduğundan MKTİB tərəfindən çayın bu hissələrində yabanı bitkilər mütəmadi olaraq əl əməyi vasitəsilə biçilir və məişət tullantıları yığılaraq ərazidən daşınır.
Qeyd edək ki, Gəncə şəhərində təmizlik işləri davamlı olaraq həyata keçirilir.