28 yanvar 2023 16:19
382

Azərbaycan millisinin futbolçusu Gürcüstan klubuna keçib

Azərbaycanın U-21 millisinin və "Sabah"ın futbolçusu Abdulla Xaybulayev Gürcüstanın "Samtrediya" komandasına keçib.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi yüksək liqa təmsilçisi ilə müqavilə imzalayıb.

Sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Abdulla Xaybulayev "Sabah"da 15, yığmada isə 3 oyun keçirib.