28 yanvar 2023 16:41
329

Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri kollegiyanın tərkibindən çıxarılıb.

Komitə yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi kollegiyanın tərkibinə əlavə edilib.