28 yanvar 2023 17:01
312

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt dəqiqləşib.

“İki sahil” xəbər verir ki, qadın voleybolçuların Yüksək Liqasında II dövrəyə yanvarın 30-da start veriləcək. Həmin gün IV turda “Murov” - “Azərreyl” və UNEC - “Abşeron” matçları baş tutacaq. Görüşlər müvafiq olaraq saat 16:00 və 18:00-da başlayacaq.

Yanvarın 31-də isə kişi voleybolçuların Yüksək Liqasında II turdan təxirə salınmış “Neftçi” - “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, oyunlar Voleybol Mərkəzində təşkil olunacaq.