28 yanvar 2023 17:13
350

Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb

Ötən il Azərbaycandan 34,8 min ton propilenin sopolimerləri (ilkin formalarda) ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) "İki sahil"ə bildirilib ki, ixrac olunan məhsulun dəyəri 50 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2021-ci il Azərbaycandan 29,2 min ton propilenin sopolimerləri (ilkin formalarda) ixrac edilib, həmin ixracın dəyəri 53,8 milyon dollar olub.