03 fevral 2023 10:29
340

Millimiz Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının fevralın 4-dən 12-dək Antalyada təlim-məşq toplanışı olacaq.

“İki sahil” xəbər verir ki, komandamız hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək.

Millimiz fevralın 6-də Tacikistanın, 8-də və 11-də isə Səudiyyə Ərəbistanının 20 yaşadək futbolçularından ibarət komandası ilə qarşılaşacaq.