03 fevral 2023 13:37
337

Müller rekordçu oldu

"Bavariya"nın hücumçusu Tomas Müller Almaniya kubokunda qələbə rekordçusu olub.

“İki sahil” xəbər verir ki, 33 yaşlı hücumçu bu turnirdə 53 qələbə qazanan yeganə oyunçudur. O, kubokun 1/8 finalında "Maynts”la oyuna (4:0) çıxmaqla bu rekorda nail olub. Müller "Verder"in sabiq yarımmüdafiəçisi Mirko Votavanı geridə qoyub.

Müller Almaniya kubokunda oyunların sayına görə (63) Münhen klubunda Zepp Mayerə məxsus rekordu da təkrarlayıb.