03 fevral 2023 18:37
304

Türkiyə ərazisi ilə Balkan ölkələrinə qazın tranziti məsələsi öz həllini tapıb

Türkiyə ərazisi ilə Balkan ölkələrinə qazın tranziti məsələsi öz həllini tapıb.

“İki sahil” xəbər verir ki,  bu barədə fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının yekunlarına dair mətbuat konfransı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, Türkiyəyə nəql ilə bağlı heç bir məsələ yoxdur. Hazırda Türkiyə üzərindən Balkan ölkələrinə çatdırılması üçün hazırlıq işləri aparılır.

“Tranzitlə bağlı hər hansı xüsusi sənəd imzalanmasına ehtiyac yoxdur. Vaxtilə tranzit işləri ilə bağlı müvafiq sənədlər imzalanıb”, - Pərviz Şahbazov qeyd edib.