Azərbaycan Gimnastika Federasiyasının (AGF) XIII Ümumi Yığıncağı keçirilib.
AGF-dən "İki sahil"ə verilən məlumata görə, tədbir Milli Gimnastika Arenasında baş tutub.
Hesabat xarakteri daşıyan yığıncaqda qurumun İcra Komitəsinin üzvləri, təsisçi qurumların və federasiya üzvlərinin nümayəndələri iştirak ediblər.