03 fevral 2023 23:58
339

Kadi Borges "Krasnodar"dakı ilk oyununda zədələnib

Rusiya "Krasnodar"ının yeni transferi Kadi Borges zədələnib.

“İki sahil” xəbər verir ki, braziliyalı futbolçu Qış Kuboku turnirində "Soçi"yə 1:0 hesabı ilə qalib gəldikləri oyunda sıradan çıxıb.

Ayağıdan xəsarət alan 27 yaşlı yarımmüdafiəçi zədəsinin ciddi olmadığını bildirib: "Ağrı var, amma düşünürəm ki, tezliklə oynamağa hazır olacağam. Bilirəm ki, kifayət qədər çətin liqada oynamalıyam. Buna hazıram".

Qeyd edək ki, Kadi Borges "Krasnodar"a qış fasiləsində "Qarabağ"dan keçib.