04 fevral 2023 09:34
331

"Sabah"dan ayrılan futbolçu Argentina klubuna keçib

"Sabah" və "Zirə"nin sabiq futbolçusu Xulio Rodrigesin yeni klubu bəlli olub.

“İki sahil” xəbər verir ki, 33 yaşlı hücumçu karyerasını Argentinada davam etdirəcək.

Paraqvaylı forvard "Gilyermo Braun"la anlaşıb.

Qeyd edək ki, 2019-cu ildə "Zirə"nin formasını geyinən Xulio Rodriges, 2020 - 2022-ci illərdə "Sabah"ın uğurları üçün çalışıb.