04 fevral 2023 09:54
328

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin aprel müqaviləsinin dəyəri 2,71% və ya 2,23 dollar azalaraq 1 barelə görə 79.94 dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,28% və ya 2,49 dollar azalaraq 73.39 dollara bərabər olub.