04 fevral 2023 21:48
270

Cüdoçumuz Paris “Böyük dəbilqə” turnirində fransız idmançını məğlub etdi

Parisdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin ilk günündə 60 kiloqram çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.

“İki sahil” xəbər verir ki, Balabəy Ağayev final görüşündə Fransa təmsilçisi Sedrik Revolu məğlub edib.

Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub.