04 fevral 2023 22:04
447

Abbas İbrahim "Zirə"də

“Zirə” heyətinə yeni futbolçu qatıb.

“İki sahil” xəbər verir ki, sözügedən klub Abbas İbrahimlə anlaşıb. Nigeriyalı yarımmüdafiəçi ilə 2,5 + 1 illik müqavilə imzalanılıb. 

Qeyd edək ki, 25 yaşlı futbolçu daha əvvəl Portuqaliyanın “Pasuş de Ferreyra”, “Paredes” və “Arouka”nın formasını geyinib.

Xatırladaq ki, "Zirə" daha əvvəl Vladislav Kulaç və Donald Geryeni sıralarına cəlb edib.