04 fevral 2023 22:22
245

Qubada avtomobil maneəyə çırpılıb, ölən var

Quba-Susay avtomobil yolunda hərəkətdə olan "VAZ-21015" markalı minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü, 1995-ci il təvəllüdlü Qasımov Elşən Bağır oğlu aldıgı xəsarətlərdən ölüb.

“İki sahil” xəbər verir ki, E.Qasımovun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.