05 fevral 2023 09:37
443

Cəlilabadda ağır yol qəzası olub YENİLƏNİB

Cəlilabad rayonunda yol qəzasında ölən və yaralanan şəxsin kimliyi məlum olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumata görə, fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini E.Əhmədovun idarə etdiyi “MAZ” markalı avtomobillə qarşıdan gələn “Ford” markalı avtomobil toqquşub.

Nəticədə “Ford” markalı avtomobilin sürücüsü, İsmayıllı rayon sakini N. Məmmədov xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin Daşkəsən rayon sakini İ. Quliyev isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

***

Cəlilabadda ağır yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki,  yol-nəqliyyat hadisəsi rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.

"MAZ" markalı avtomobillə çörək daşıyan "Qazel" markalı avtomobil toqquşub.

Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarətlər alıb. Hazırda onların kimliyi və hadisənin səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.