22 mart 2023 08:57
313

Bakıda minik avtomobili yanıb

Bakı şəhərinin Binəqədi rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən "İki sahil"ə bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.