22 mart 2023 10:37
313

Tomiyasu üçün mövsüm erkən bitdi

“Arsenalım müdafiəçisi Takehiro Tomiyasu uzun müddət meydana çıxa bilməyəcək.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Liqasının 1/8 finalının “Sportinq”lə (Portuqaliya) cavab matçında dizindən zədə alan yaponiyalı futbolçu əməliyyat olunub.

Futbolçunun bu mövsümü erkən başa vurduğu dəqiqləşib. O, ən yaxşı halda yeni mövsümə hazır olacaq. 

Qeyd edək ki, Tomiyasu bu mövsüm Premyer Liqada 21 oyuna çıxıb, 1 qol ötürməsi verib.