30 mart 2023 08:46
242

İtaliya, Xorvatiya və Sloveniya qanunsuz miqrasiyaya qarşı birgə əməkdaşlıq edəcəklər

İtaliya, Xorvatiya və Sloveniya qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində üçtərəfli əməkdaşlıq edəcəklər.

“İki sahil” xəbər verir ki, İtaliya son illərdə Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. Cari ilin əvvəlindən indiyədək İtaliyaya dəniz yolu ilə 20 minədək, ötən il isə 105 mindən çox miqrant gəlib.

Son dövrlərdə Sloveniyaya qeyri-qanuni yollarla daxil olan miqrantların sayının artdığı, Avropa İttifaqının xarici sərhədlərinə nəzarətin artırılmasının vacibliyi bildirilib. Sloveniya və Xorvatiya hazırda qeyri-qanuni miqrantların tranzit kimi istifadə etdikləri ölkələrdir. Buna görə də qanunsuz miqrasiyaya nəzarət etmək üçün miqrantların son dayanacağı olan İtaliya ilə üçtərəfli əməkdaşlıq qurulacaq. Sözügedən əməkdaşlığın ən geci may ayına qədər başlaması nəzərdə tutulur.