30 mart 2023 08:50
243

Filippində sərnişin gəmisi yanıb

Filippində sərnişin gəmisində yanğın baş verib.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsində azı 12 nəfər ölüb.

Yanğın zamanı gəmidə 200-ə yaxın sərnişin olub, onlardan 57-si xilas edilib, 14-ü xəstəxanaya yerləşdirilib.

Ölənlər arasında üç uşaq olduğu qeyd edilib.

Sahil Mühafizə Xidməti itkin düşənlərin axtarışlarını davam etdirir.

Yanğının səbəbləri araşdırılır.