30 mart 2023 18:10
283

"Fənərbağça" yeddi azarkeşinin stadiona girişinə qadağa qoyub

Türkiyənin "Fənərbağça" klubu yeddi azarkeşinin qeyri-müəyyən müddətə stadionlara girişinə qadağa qoyub.

“İki sahil” xəbər verir ki, buna fanatların İstanbulda İspaniya "Sevilya"sına qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda meydana əşyalar atması səbəb olub.

Qeyd edək ki, qarşılaşma "Fənərbağça"nın 1:0 hesablı qələbəsi ilə bitib. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan komanda mübarizəni dayandırıb.