29 may 2023 15:08
530

Bundesliqada mövsümün ən yaxşısı seçildi

Dortmund "Borussiya"sının futbolçusu Cud Bellinqem Bundesliqada mövsümün oyunçusu seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçi Almaniya çempionatının son mövsümündə 31 oyuna çıxıb, 8 qol vurub, 4 qolun ötürməsini verb.

Dortmund klubu 2022/23 mövsümündə Bundesliqada top fərqinə görə “Bavariya”ya uduzaraq 2-ci yeri tutub.