04 iyun 2023 17:08
270

ATƏT sədri Çavuşoğluna təşəkkür, Hakan Fidanı təbrik edib

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoluna diplomat kimi fəaliyyətinə görə təşəkkür, yeni XİN rəhbəri Hakan Fidanı isə təbrik edib.

“İki sahil” xəbər verir ki, Buyar Osmani bu barədə tviterdəki hesabında yazıb. “Əzizim Mövlud Çavuşoğlu, həqiqətən ötən illər ərzində sizinlə işləmək çox xoş oldu. Şimali Makedoniya və Türkiyə arasında ənənəvi yaxın və dostluq münasibətlərini inkişaf etdirmək üçün davamlı istəyinizə görə təşəkkür edirik”, - ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib.

“Hakan Fidanı Türkiyənin yeni XİN rəhbəri təyin olunması münasibətilə təbrik edirik. Biz Şimali Makedoniya və Türkiyənin yaxın əlaqələrini yüksək qiymətləndiririk və ölkələrimizin və vətəndaşlarımızın mənafeyi naminə əməkdaşlığımızı inkişaf etdirmək üçün sizinlə işləməyi səbirsizliklə gözləyirik”, - Buyar Osmani vurğulayıb.